Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpası üçün istifadə olunması barədə Avropa İttifaqı (Aİ) hüquqi aspektlərdən yanaşmaq istiqamətlərini araşdırmağa davam edir.
Banco.az xəbər verir ki, Aİ dondurulmuş aktivlərdən istifadə etmək üçün hüquqi əsasların olduğunu bildirib. Beləliklə, qeyd olunur ki, Aİ Ukraynada yenidənqurma işlərinin həyata keçirilməsi üçün Rusiya mərkəzi bankının ən azı 33,8 milyard avro (36,8 milyard dollar) aktivlərindən müvəqqəti istifadə etmək hüququna malikdir. Ancaq aktvlərin müsadirə olunması müəyyən şərtlər çərçivəsində həyata keçirilməli olduğu da vurğulanıb. Əsas məsələlərdən biri də, müvafiq məbləğin və faizin Rusiyaya qaytarılma öhdəliyidir.
Qeyd edək ki, ekspertlərin məlumatına görə, Rusiya Mərkəzi Bankının xaricdə dondurulmuş aktivləri təxminən 300 milyard dollar təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!