Rusiya Aİİ və İran arasında azad ticarət sazişinin imzalanmasını təsdiqləyib | Banco.az

Rusiya Aİİ və İran arasında azad ticarət sazişinin imzalanmasını təsdiqləyib

Müəllif:Mehin Qasımova/Banco.az

Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə İran arasında azad ticarət sazişinin imzalanmasını təsdiqləyib. 

Banco.az xəbər verir ki, sazişi Rusiya tərəfi adından imzalamaq Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuka tapşırılıb.

Qeyd edək ki,Rusiya prezidenti Vladimir Putin dekabrda iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlar zamanı Aİİ ilə İran arasında azad ticarət sazişinin imzalanacağını açıqlayıb. Rusiya lideri qeyd edib ki, bu, qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar yaradacaq.

İran və Aİİ ölkələri arasında azad ticarət rejimi 2019-cu ilin payızından qüvvədədir. Müvafiq müvəqqəti saziş oktyabr ayında qüvvəyə minib. Ötən ilin martında tərəflər bu zonanın müddətinin uzadılmasına dair protokol imzalayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram