Rusiya Aİ-nin 11-ci sanksiyalar paketinə sanksiyalarla cavab verib | Banco.az

Rusiya Aİ-nin 11-ci sanksiyalar paketinə sanksiyalarla cavab verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Avropa İttifaqı (Aİ) tərəfindən elan edilmiş 11-ci sanksiyalar paketinə sanksiyalarla cavab verib.

Banco.az xəbər verir ki, Avropa Şurasının Rusiyaya qarşı hazırladığı 11-ci sanksiyalar paketinin təsdiqindən sonra Moskva administrasiyası sanksiya tətbiq etdiyi Aİ rəsmiləri və qurumlarının siyahısını genişləndirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb.

Bəyanatda Aİ-nin yeni sanksiyalar paketinin “qanunsuz” olduğu bildirilib.

Bildirilib ki, sanksiyaların siyahısı Aİ ölkələrinin hüquq-mühafizə orqanlarının, dövlət və kommersiya təşkilatlarının nümayəndələri, o cümlədən Ukraynaya silah və texnika verən Aİ vətəndaşları, Rusiyaya qarşı sanksiyaların tətbiqinə cavabdeh olan Avropa strukturlarının nümayəndələri və Rusiya əleyhinə açıqlamalar verənlər Aİ parlamentariləri ilə genişləndirilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bəyanatda sanksiyalara məruz qalan şəxslərin və təşkilatların sayı və adları isə göstərilməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et