Rusiya 2018-ci ilin noyabr ayında ABŞ dövlət istiqrazlarına 12,81 mlrd. dollar investisiya yatırıb ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 1,8 mlrd. dollar azdır.
Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin açıqladığı hesbata istinadən xəbər verilir.
Məlumata əsasən, Rusiyanın ABŞ-ın dövlət istiqrazlarına investisiyalarının 3,75 mlrd. dolları uzunmüddətli istiqarazlar, 9,06 mlrd. dolları qısamüddətli istiqrazların payına düşüb.
Report.az