Rus analitik 200 manatlıq əskinas haqqında | Banco.az

Rus analitik 200 manatlıq əskinas haqqında

Yeni daha yüksək nominallı pul əskinaslarının buraxılışı - həmişə iqtisadiyyatda inflyasiya proseslərini özündə əks etdirir. 

Bu sözləri açıqlamasında Rusiyanın 10 ən yaxşı maliyyə analitiki siyahısına daxil olan analitik departamentinin direktoru Aleksandr Razuvayev deyib. 

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni 200 manatlıq əskinasları dövriyyəyə buraxacaq. Yeni əksinasın təqdimetmə mərasimi zamanı AMB-nın rəhbəri Elman Rüstəmov bəyan edib ki, 200 manatlıq əskinasların buraxılması nağd pul dövriyyəsinin səmərəliliyinin artırılması üçün nəzərdə tutulub. Əskinas üzərində Azərbaycanın müasir simvolu olan Heydər Əliyev Mərkəzinin görüntüsü əks olunub. 

Ən sərfəli kredit üçün müraciət et

Razuvayevin fikrincə, yeni əskinasın buraxılması inflyasiya gözləntilərini artırır:

“Yəqin ki, nağdsız hesablaşmaların payı da azaldılacaq. Digər neft ixrac edən ölkələr kimi, Azərbaycanın da iqtisadiyyatı neftdən asılıdır. 

Neftin bir barelinin 80 dollara kimi bahalaşması Azərbaycan iqtisadiyyatı üçün yaxşı xəbərdir. Əsas odur ki, əməkhaqqı qiymətlərdən daha sürətlə artır”.

Oxu.Az