Rumıniya bu ölkədən təxminən 1 milyard dollar dəyərində artilleriya alacaq | Banco.az

Rumıniya bu ölkədən təxminən 1 milyard dollar dəyərində artilleriya alacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Rumıniya Cənubi Koreyadan 920 milyon ABŞ dolları dəyərində “K-9” özüyeriyən haubitsa almağı planlaşdırır.

Banco.az xəbər verir ki, bunu Rumıniyanın müdafiə naziri Angel Tilvar Buxarestdə Cənubi Koreyadan olan həmkarı Şin Von-şik ilə görüşdə deyib.
 
Bildirilib ki, bu, son 7 ildə Rumıniyanın ən iri həcmli silah alışı olacaq.

Cənubi Koreyanın müdafiə naziri haubitsa satışına dair müqavilənin birgə istehsal, müvafiq bölmələr arasında təlim və kadr mübadiləsi də daxil olmaqla geniş bir əməkdaşlığa səbəb olacağına ümid etdiyini söyləyib.

Tərəflər bundan başqa, hərbi təhsil, məlumat mübadiləsi, elm və texnologiya sahələrində də əməkdaşlığı dərinləşdirmək barədə razılıq əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et