13 sentyabr 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəz Asiya Departamentinin direktoru Cihad Azurunrəhbərliketdiyi nümayəndə heyətini qəbul edib.
Görüşzamanı ölkəninmaliyyə sektorunda həyata keçirilən islahatlar, nəzarət və tənzimləmə tədbirləri, o cümlədən“Azərbaycan Beynəlxalq Bankı”nınrestrukturizasiyasına dairfikir mübadiləsi aparıldı.BVF-ninYaxın Şərq və Mərkəz Asiya Departamentinin direktoru Cihad AzurAzərbaycanınbank sektorununsağlamlaşdırılması və ümumilikdəmakroiqtisadi vəziyyətin sabitləşdirilməsi istiqamətindəatılan addımlarımüsbətqiymətləndirdi. Müzakirələr zamanı qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq münasibətləriningenişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparıldı.
Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az və [email protected] ünvanına müraciət edə bilərlər.