Rüfət Aslanlı: "Bazarda yalnız özəl bankların olmasının tərəfdarıyıq" | Banco.az

Rüfət Aslanlı: "Bazarda yalnız özəl bankların olmasının tərəfdarıyıq"

"Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılması ilə bağlı Maliyyə Nazirliyi ilə sıx təmasdadır". Bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

"Bankın balansında olan toksik aktivlərin çıxarılması prosesi uğurla davam edir. Bankın menecmenti və səhmdarları onu özəlləşdirməyə hazırlamaq məqsədilə kiçildilmə, yəni aktivlərinin azaldılması istiqamətində işlər görür. Bank aktiv və öhdəliklərini industriyanın başqa oyunçularına ötürür. Biz düşünür ki, bu proses 2017-ci ildə də davam etdirilməlidir. Bankın kapitalının daha dayanıqlı, aktivlərinin keyfiyyətinin daha da sağlamlaşdırılması, ən əsası isə bank daha dayanıqlı gəlir generasiya edə bilməsi üçün institusional təkmilləşdirmə proqramımız var. 2017-ci il üçün bu proqram bankın menecmenti ilə onun əsas səhmdarı olan Maliyyə Nazirliyi ilə birgə hazırlanıb və Palataya təqdim olunub. Bu gün 2017-ci ildə görüləcək işlərin müzakirələri davam etdirilir. Əminik ki, 2017-ci ildə görüləcək bu tədbirlər bankın sağlamlaşdırılmasının başa çatdırılmasını təmin edəcək", - deyə R. Aslanlı bildirib.

Ən sərfəli kredit üçün müraciət et

R. Aslanlı əlavə edib ki, tənzimləyici bazarda yalnız özəl bankların olmasının tərəfdarıdır.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et