Rublu qarşıdakı aylarda nə gözləyir? – Açıqlama | Banco.az

Rublu qarşıdakı aylarda nə gözləyir? – Açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Rusiya rublun devalvasiyasının yeni dalğasını gözləməlidir”.

Banco.az xəbər verir ki, bu barədə analitik Aleksandr Potavin açıqlama verib. Onun sözlərinə görə, 2024-cü ilin aprel-may ayında rusların gəlirlərinin və əmanətlərinin ucuzlaşması baş verəcək.

Ekspert hesab edir ki, belə bir ssenarinin reallaşmasının əsas səbəbi ölkənin aparıcı maliyyə qurumlarının rəhbərliyinin pul siyasətində etdiyi dəyişiklikdir:

Ekspertin proqnozlaşdırdığı kimi, Rusiya Mərkəzi Bankı əsas uçot dərəcəsini azaltmağa başlaya bilər. Eyni zamanda buna qədər olan bütün dövrlərdə rublun məzənnəsi əsas dünya valyutalarına münasibətdə sabit qalacaq.

“Yaxın aylarda dolların məzənnəsi 90-95 rubl civarında olacaq.Bununla belə, artıq aprel ayında Rusiyada böyük ehtimalla rublun devalvasiyası başlayacaq. Ölkənin monetar orqanları tərəfindən rublun məzənnəsini dəstəkləmək üçün tədbirlərin başa çatması səbəbindən gəlirlər və əmanətlər çökmə ilə üzləşə bilər",- deyə ekspert qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et