Rusiyanın maliyyə naziri Anton Siluanov rublun dollara nəzərən məzənnəsinin gücləndiyini vurğulayıb.
Nazir onu da deyib ki, ilin sonu Mərkəzi Bank uçot stavkasını azalda bilər.
Bu arada məlum olub ki, 2014-cü ilin sonuna ölkədə inflyasiya 11,5 faiz təşkil edəcək:
”Təəssüf ki ilin sonuna inflyasiya yüksələcək. Hazırda ölkədə inflyasiya 10,4 faizdir. Amma ilin sonuna bu rəqəm 11,5 faiz olacaq. Çünki 16-22 dekabr arasında həftəlik inflyasiya 0,9 faiz artıb. 10,4 faiz inflyasiya 2008-ci ilin maksimumudur. Dekabrın əvvəlindən qiymətlər 1,7 faiz artıb”.