Moskva birjasının cümə axşamı günü keçirilən açılış sessiyasında rubl dollar və avroya nisbətən bahalaşmaqda davam edib.
1 dollar səhər keçirilən alqı-satqı əməliyyatlarında 52,5 rubldan da aşağı düşüb.
Günortaya yaxın 1 dolların dəyəri 52,36 rubl, 1 avro isə 64,2 rubl təşkil edib.
Təhlilçilərə görə, rubla qarşı dollar və avronun bu dərəcədə aşağı enməsi dekabrın 4-dən bəri ilk dəfədir ki qeydə alınıb.
Rusiya Bankı bildirib ki, nə bu qurum, nə də Maliyyə Nazirliyi tərəfindən valyuta bazarında valyuta intervensiyası həyata keçirilməyib.
Rusiya Mərkəzi Bankının bundan əvvəl yaydığı məlumatına əsasən, dekabrın 18-19-da Maliyyə Nazirliyi ümumilikdə 920 milyon dollar dəyəri olan valyuta ehtiyyatını bazara buraxmışdı.
xezerxeber.com