Ronaldo istirahət etdiyi məkanda rekord məbləğdə "çay pulu" verdi! | Banco.az

Ronaldo istirahət etdiyi məkanda rekord məbləğdə "çay pulu" verdi!

Kristiano Ronaldo futbol dünyasının ən diqqət çəkən simalarından biri olmaqda davam edir. Onun haqda bütün məlumatlar demək olar ki, bütün dünyada əks sədaya səbəb olur. Futbolçunun sonuncu istirahət məkanı da bu baxımdan ən çox müzakirə olunan mövzulardan biridir. Beləki, dünya çempionatını yola verən və daha sonra hər kəsin marağına səbəb olan transfer xəbərindən sonra futbolçu öz ailəsi ilə birgə Yunanıstana istirahətə gedib. Orda çox gözəl məkanda dincələn futbolçu və ailəsi öz fotolarını sosial şəbəkələrdə paylaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə futbolçunun xidmət müqabilində verdiyi yüksək miqdarda bəxşiş də digər diqqət çəkən məqamlardandı. Ronaldo bəxşiş olaraq təqribən 20 000 evro (23 000 dollar) ödəniş edib. Futbolçunun Yuventusdakı maaşının 30 milyon dollar olduğunu nəzərə alsaq bunu normal qəbul etmək mümkündür. Məlumat üçün bildirək ki, məhşur futbolçu istirahət zonası olaraq Yunanıstandakı Kosta-Navarino adlı kurort zonasını seçmişdi.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et