Roma müflisləşmə təhlükəsi ilə qarşı-qarşıyadır | Banco.az

Roma müflisləşmə təhlükəsi ilə qarşı-qarşıyadır

Roma müflisləşmə təhlükəsi ilə qarşı-qarşıyadır

İtaliyanın paytaxtı iflas həddindədir. Şəhər meri İnyatsio Marino bildirib ki, əgər hökumət şəhər xəzinəsinin maliyyələşdirilməsi məqsədilə tədbirlər planı hazırlamasa, o zaman cümə günündən etibarən bütün kommunal xidmətlərin göstərilməsi dayandırılacaq. Nəqliyyat vasitələrindən və tibbi xidmətlərdən istifadə mümkün olmayacaq, eləcə də uşaq bağçaları öz fəaliyyətini dayandıracaq.

Şəhər "Romanın Qurtuluşu" adlandırılan xüsusi qanunun qəbul edilməsində ləngimələrin meydana gəlməsi səbəbindən tamamilə müflisləşib. Sənəddə maliyyə yardımının göstərilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması və bu yolla iflasın qarşısının alınması nəzərdə tutulur. Lakin qanun layihəsi müxtəlif siyasi qüvvələrin çoxsaylı etirazları səbəbindən  bir neçə həftə əvvəl rədd edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Marinonun sözlərinə görə, xəzinədə şəhər xidmətlərinin dəstəklənməsi üçün kifayət qədər vəsait qalmayıb. O xatırladıb ki, vəsaitlərin son hissəsi bu yaxınlarda Romada baş vermiş daşqının nəticələrini aradan qaldırmağa sərf olunub.

Marino bildirib ki, İtaliyanın baş naziri Matteo Rentsi bu vəziyyətlə bağlı yeni fövqəladə qərarın (dekret) qəbul ediləcəyini vəd edib.

Sevinc Ibadova| Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et