ABŞ-ın çoxmillətli investisiyası bankı və maliyyə təşkilatı olan “Citigroup” un sədri növbəti 5 il ərzində robotların şirkətdəki 10 min işçinin işdən çıxarılmasına səbəb olacağını iddia etdi.
“Citigroup” – un sədri James A. Forese belə bir iddia irəli sürdü. Açıqlamaları ilə böyük səs gətirən Forese “Financial Times” – a verdiyi müsahibədə “şirkətimizdə çalışan 20 min əməliyyat işçisisi növbəti beş il ərzində 10 minə enə bilər” dedi.
Lakin Forese minlərlə insanın yerini robotların tutacağına dair təxminləri ilə yanaşı, bankın satış və tədqiqat kimi departamentlərində işə qəbul olacağını da vurğuladı. Avtomatlaşdırma üçün ən münasib sahələrin şirkətin ümumi kadr potensialının 40%-ni əhatə edən texnologiya və əməliyyatlar departamentləri olduğunu bildirən Forese bu vəzifələri “kompüterlə işləmək üçün ən məhsuldar vəzifələr” adlandırdı. Onu da qeyd edək ki, Forese avtomatlaşdırma ilə bağlı şərhində tək deyildi.
Amerikanın digər bir çoxmillətli investisiya bankı “Goldman Sachs International” şirkətinin CEO-su Richard Gnodde də bənzər fikirləri ilə diqqət çəkdi.
“Avtomatlaşmanın artmaması üçün heç bir səbəb görə bilmirəm” deyə bildirən Gnodde sözlərinə “günümüzdə texnologiyanın üstünlük təşkil etdiyi bir çox sahə var və bu prosesin davam etməməsi üçün heç bir səbəb yoxdur” sözləriylə davam etdi.
Britaniyanın çoxmillətli investisiya bankı “Barclays” ın sədri Tim Throsby da gələcəkdə indikinə nəzərən daha az canlı işçi qüvvəsinin olacağını, lakin daha çox pul qazanacaqlarını, maşınların isə aşağı gəlirli işlərlə məşğul olacaqlarını təxmin etmişdi. Nəticədə avtomatlaşdırılmış bankçılıq və daha bir çox fərqli sahədə insanların yerini robotların tutacağının proqnozunu verən bir çox məşhur şəxs var.
Məsələn, ən çox satılanlar siyasına daxil olan “Robotların yüksəlişi” kitabının müəllifi Martin Forda görə 10 ilə 20 il arasında milyonlarla insan işini itirəcək.
Tamara Mustafayeva, banco.az