“Robinhood” komisyon xərcləri olmayan kriptovalyuta əməliyyatlarına start verib | Banco.az

“Robinhood” komisyon xərcləri olmayan kriptovalyuta əməliyyatlarına start verib

Qiymətli kağızlarla əməliyyatlara imkan verən mobil investisiya tətbiqi “Robinhood” kriptovalyuta əməliyyatlarına start verib. Platformanın istifadəçilərə təqdim etdiyi bu yeni xidmət ABŞ-ın 5 ştatında başlayacaq. Şirkətdən verilən açıqlamaya görə, Kaliforniya, Massaçusetts, Missuri, Montana və Nyu-Hemşirdə yaşayan istifadəçilər “Robinhood Crypto” platformasından istifadə edərək Bitcoin və Ethereum alıb-sata biləcəklər. Bu yeni xidmət çərçivəsində istifadəçilərə Bitcoin cash, Litecoin, Ripple, Ethereum classic, Zcash, Monero, Bitcoin gold və Dogecoin də daxil olmaqla, 14 kriptovalyutadan istifadə etmək imkanı yaradılacaq.

“Robinhood” platforması bu addımın məqsədinin kriptovalyutaları daha geniş investisiya bazasına çatdırmaq olduğunu qeyd edib. Sahib olduğu mobil və veb əsaslı tətbiqlər vasitəsilə kriptovalyutalara sərmayə qoyan istifadəçilərin sayını artıran platforma bu prosesin daha “demokratik” olacağını iddia edir.

Sayt vasitəsilə verdiyi açıqlamaya görə, “Robinhood” platforması müştərilərinə “ödənişsiz əməliyyatlar” təklif edərək həm ənənəvi əməliyyatlar, həm də kriptovalyuta əməliyyatlarını daha əlçatan hala gətirir.

Edilən açıqlamada şirkətin investor bazasına necə çatacağı barədə aşağıdakı bəyanatlar yer alıb:

“İstifadəçi sayımız 4 milyona çatıb və platformamızda reallaşan əməliyyatların həcmi 100 milyard dolları keçib. Hissə səhmləri əməliyyatlarından əldə olunan komisyonlar 1 milyar dollardan artıqdır.

“Robinhood Crypto” platformasının bazara çıxarılması maliyyə sisteminin yalnız zəngin insanlar üçün deyil, hər kəs üçün əlçatan olması formasına gətirilməsi üçün hədəflərimizə xidmət edəcək”.

Şirkət “Robinhood Crypto”-nun və sosial media platforması kimi fəaliyyət göstərəcək “Robinhood Feed”-in fəaliyyətə başlayacağını bildirib. İnvestorlar bu yeni sosial media platformasında fərqli kriptovalyutalar haqda fikirlərini bölüşə biləcəklər. Şirkətin elanına görə, “Feed” platforması hazırda müəyyən sayda şəxslərin istifadəsindədir.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et