“RiskTech” forumu keçirilib | Banco.az

“RiskTech” forumu keçirilib

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə Bakıda “Süni zəka və blokçeyn texnologiyalarının risklərin idarə edilməsi sahəsinə təsirləri” mövzusunda “RiskTech” forumu işə başlayıb.

Banco.az xəbər verir ki, tədbirin əsas məqsədi süni intellekt, texnologiyalar və risklərin qarşılıqlı fəaliyyəti və əlaqəsinin işıqlandırılmasıdır.

ARPA idarə heyyətinin sədri Günay Şahbazova tədbiri açıq elan edib. Bildirilib ki, hazırda əsas məsələlərdən biri texnoloji inkişafın maliyyə sektoru ilə inkişaf dərəcəsinin eyni olmamasıdır. Bu istiqamətdə müxtəlif ekspertlərin hazırladığı təqdimatlar iştirakçıların diqqətinə çatdırılır.