Risklərin idarə edilməsində ən vacib 5 məqam | Banco.az

Risklərin idarə edilməsində ən vacib 5 məqam

Uğurlu lider olmağın bir hissəsi irəliyə baxmaq, potensial riskləri görmək və onları həll etmək üçün resurslarınızı necə istifadə edəcəyinizi bilməkdir. Risklərin idarə edilməsi böhran planı deyil. Bu, biznes strategiyanızın davam edən bir hissəsidir və strategiyanın icrası da daxil olmaqla davamlı həyata keçirilməsidir.

Risklərin idarə olunması strategiyasına daxil etməli olduğunuz 5 məqam: 

  1. Plan qurun – Planlamaq düşünməyin başqa bir formasıdır. Bu anda problem yaranarsa, onları necə ələ almaq barədə düşünün. Riskləri əvvəlcədən müəyyənləşdirin, necə davranacağınızı fikirləşin. Lazım ola biləcək maliyyə, kadr və təşkilati resursları nəzərdən keçirin.
  2. Proaktiv olun - Effektiv risklərin idarə edilməsi reaktiv deyil, fəaldır. Bu yanaşma uzunmüddətli missiyanın bir hissəsidir. Risklərin idarə edilməsi prosesi tamamilə proaktiv olmalıdır, təhlükələri müəyyənləşdirmək, variantları nəzərdən keçirmək və plan hazırlamaq kimi proseslər bura daxildir.
  3. Riskləri müəyyənləşdirin - Riskləri aradan qaldıracağınızı düşünərək özünüzü aldatmayın. Bu bir qədər çətindir. Amma onları idarə edə bilərsiniz. İlk addım bir riskin necə göründüyünü anlamaqdır. Bununla riskləri müəyyənləşdirmək üçün böyük bir addım atmış sayılırsınız. Strateji planlaşdırmada bu amilləri müəyyənləşdirmək eyni dərəcədə vacibdir.
  4. Cavab hazırlayın – Müəyyənləşdirə bildiyiniz hər bir risk üçün riskin şiddətinə görə potensial təsirini ölçə bilərsiniz. Yüksək, aşağı və ya orta risk? Eyni şəkildə, hər bir risk üçün potensial hərəkətləri və sərf etmək istədiyiniz resursların sayını nəzərdən keçirin. Bəzi hallarda, şirkətinizin bu təsiri idarə etmək üçün kifayət qədər çevik olduğuna inanırsınız. Digər tərəfdən, şirkətinizi zəiflədəcək risklər ola bilər. Bu risklər qarşısının alınması üçün əhəmiyyətli resurslar tələb edir.
  5. Davamlılıq - Risklərin idarə edilməsi davamlılıq tələb edir. Sənaye və iqtisadiyyatdakı meyllər barədə məlumatlanmaq üçün müxtəlif mənbələrə güvənmək, riskləri müəyyənləşdirmək və onlar haqda düşüncələrinizi nəzərdən keçirin.

Pərvanə Aslanova, Banco.az 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et