“Risklərin həll yolları ilə bağlı qərarların verilməsi şirkətlərin öz öhdəsinə buraxılmalıdır” | Banco.az

“Risklərin həll yolları ilə bağlı qərarların verilməsi şirkətlərin öz öhdəsinə buraxılmalıdır”

Müəllif - Aida İsaq, Banco.az

Risklərin azaldılması ilə bağlı qərarlar hökumətlər tərəfindən deyil, şirkətlər tərəfindən qəbul edilməlidir.

Banco.az xəbər verir ki, bunu Çinin Baş naziri Li Qiang Almaniyaya səfəri zamanı bildirib. Məlumata görə baş nazir Berlində 10-a yaxın alman şirkətinin nümayəndələri ilə görüş keçirib. Onun sözlərinə görə, şirkətlər risklərin kəskin nəticələrinin qarşısını almaq üçün daha effektiv həll yollarını tətbiq edə bilər. Buna görə də risklərin qarşısının alınması məsləsini şirkətlərin öz öhdəsinə buraxmaq lazımdır.

Qeyd edək ki, Çinin baş naziri Li Qiang ilə görüşdə “Siemens”, “Volkswagen”, “Mercedes-Benz Group”, “BMW”, “Schaeffler”, “BASF, Covestro”, “Wacker “Chemie”, “Merck KGaA”, “SAP” və “Allianz” kimi şirkətlərin nümayəndələri iştirak edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram