RF-dən Azərbaycana pul köçürmələrinin yarısından çoxu "IBA Express"in payına düşür | Banco.az

RF-dən Azərbaycana pul köçürmələrinin yarısından çoxu "IBA Express"in payına düşür

Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin yarısından çoxu "IBA Express" sistemi vasitəsilə aparılıb. Bu barədə şənbə günü Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan "Bank "ABB Moskva" MMC-nin İdarə heyətinin sədri Fuad Abdullayev deyib.

Onun sözlərinə görə, bu sistem çərçivəsində köçürmələrin ümumi illik həcmi 120 milyon dollara çatır: "Biz bunu inkişaf etdirmək, yəni Rusiyadan digər ölkələrə köçürmələr həyata keçirmək üçün imkan yaratmaq niyyətindəyik".

Ən sərfəli kredit üçün müraciət et

F.Abdullayev qeyd edib ki, "IBA Express" sisteminə tələbat var: "Bu sistemə digər banklar da maraq göstərirlər. Məsələn, bu yaxınlarda biz Çin və Mərkəzi Asiya ölkələrinin bankları ilə əməkdaşlıq haqqında saziş imzaladıq".

Onun sözlərinə görə, "IBA Express"in Rusiya bazarında payı elə də böyük deyil: "Bu, mövcud bazarda "Zolotaya Korona", "Contact" və digər iri oyunçuların olması ilə əlaqədardır. Onlarla rəqabət aparmaq çətindir".

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et