Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, rəsmi valyuta ehtiyatları ötən ayla müqayisədə sentyabrın sonunda təxminən 1% azalaraq 15042.4 mln ABŞ dolları olmuşdur. Xatırladaq ki, azalma artıq son iki aydır ki, davam edir. Belə ki, əgər 31.07.2014 tarixinə rəsmi valyuta ehtiyatlarının həcmi 15193.4 mln ABŞ dolları olmuşdursa, avqust ayında 15190.9 mln ABŞ dolları təşkil etmişdir.