Rəsmi valyuta ehtiyatları artıb | Banco.az

Rəsmi valyuta ehtiyatları artıb

Mərkəzi Bankın statistik məlumatlarına əsasən rəsmi valyuta ehtiyatlarının həcmində artım baş verib. 2015-ci ilin 1 iyul tarixinə görə Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatları 8520.2 mlrd ABŞ dolları təşkil etmişdir ki, bu da əvvəlki ayla  (8430.8 mlrd ABŞ dolları) müqayisədə 1.06% (89,4 mln. )çoxdur . Keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 43,81% (6,643 mlrd. manat) azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Ümumiyyətlə isə valyuta ehtiyatları 2014-cü ilin iyul ayından etibarən azalmaqda davam edir. Həmin dövr üzrə göstərici 15,193 mlrd ABŞ dolları təşkil edib.

İlin əvvəlindən azalmağa başlayan valyuta ehtiyatlarında, ilk artım may ayında müşahidə olunmuşdu və artıq 2 aydır ki, bu göstərici artmaqda davam edir.