Son dövrlərdə Azərbaycanın qiymətli kağızlar bazarında investisiya şirkətlərinin fəaliyyətinin aktivləşməsi müşahidə olunur.
Bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, hazırda ölkədə qiymətli kağızlar bazarı üzrə fəaliyyət göstərən 12 şirkət mövcuddur.
AMB rəsmisi əlavə edib ki, lakin bu istiqamətdə hələ görüləcək işlər çoxdur: “Bazarın potensialı çox böyükdür".
report
Bizi sosial şəbəkələrdən izləyin!!