Rəqəmsal biznesə başlayanlar üçün 5 ƏSAS tövsiyə | Banco.az

Rəqəmsal biznesə başlayanlar üçün 5 ƏSAS tövsiyə

Bu gün bir çox insanlar arzularını reallaşdırmaq və qarşılaşdıqları problemlərin həllini tapmaq üçün bir çox sahələrdə yeni biznes fikirlərini təqdim edirlər. Bununla yanaşı, yeni bir iş qurmaq, riskləri və diqqət edilməli olan bir sıra problemləri də ortaya çıxarır. Bu yazıda rəqəmsal işə başlamaq istəyənlər üçün beş tövsiyə haqqında danışacağıq.

     1. Fikirlərinizə ehtiyac olduğunu doğrulayın.

Həll etmək istədiyiniz problemin sizdən başqa insanlar üçün də problem olduğunu, ya da bu problem üçün hazırlanacaq həllərdən istifadə etməkdə istəkli olub-olmadıqlarını öyrənməlisiniz. Birinci mərhələdə sadə bazar tədqiqatları apararaq suallara cavab tapa bilərsiniz. Rəqəmsal platformalar üçün Facebook qrupları, İnstagram, Twitter-də anket açaraq məlumat toplaya bilərsiz.

     2. Müştərinizi tanıyın.

Ən çox təsirlənən və şikayət edən insanları tapmaq lazımdır. Fikirlərinizin geniş auditoriyaya xitab etdiyini fikirləşə bilərsiz, ancaq ilk mərhələdə aşağı büdcə ilə çata biləcəyiniz insan sayı məhdud olduğundan marketinq kampaniyalarınızı maksimum fayda verə biləcək müştəri qruplarına yönəltməlisiniz.

Ən sərfəli kredit üçün müraciət et

     3. Veb-saytınızı yaradın.

Saytınızda müştərini hərəkətə keçirəcək yönləndirmələr olması faydalıdır. Məhsulunuz hazırdırsa, xüsusiyyətlərini ən yaxşı şəkildə göstərə bilərsiniz.

    4. Sosial mediada aktiv olun.

İndi internet istifadəçilərinin əksəriyyəti sosial media vasitəsi ilə yeni məhsullardan xəbərdar olur. Sosial media hesabınız da ən azı veb saytınız kimi diqqətlə yaradılmalıdır. Məhsulunuz haqqında yenilikləri, endirimləri və kampaniyaları sosial mediada paylaşa bilərsiniz.

    5. Satışdan əvvəlki xərclərinizi minimuma endirin. 

Rəqəmsal bir iş qurmaq bir sıra xərclər yaradır. Bu xərcləri azaltmaq və minimum dəyər ilə maksimum məhsuldarlığı əldə etmək üçün müxtəlif alternativlərdən istifadə etməlisiniz. Müştəri təhlili, saytınız və məhsulunuzun inkişaf etdirilməsi üçün  satın almağı planladığınız rəqəmsal xidmətlərin qiymət sorğusunu aparmalısınız. 

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et