Rəqəmsal bankların vaxtı yetişibmi? | Banco.az

Rəqəmsal bankların vaxtı yetişibmi?

Bu gün Böyük Britaniya müasir ödəmə texnologiyalarının tətbiqi baxımından ən qabaqcıl ölkə hesab olunur.  Ölkədə təmassız ödənişlər yaxşı inkişaf etmişdir, mobil hesablaşma və virtual valyutalar da getdikcə daha çox populyarlıq qazanır.

Nəhəng banklar isə getdikcə ənənəvi filial və şöbələrdən umtina edirlər, maliyyə startapları isə yalnız onlayn mühitdə fəaliyyət göstərməli olan rəqəmsal bankinqin tərəfdarı kimi çıxış edirlər.  Ölkədə artıq bir neçə bu növ müəssisə fəaliyyətə başlayıb, məsələn Atom Bank internet vasitəsi ilə hesablar açır.

Amma buna baxmayaraq, bir çox britaniyalılar adət etdikləri maliyyə xidmətlərindən imtina etməyə hazır deyillər.  Britaniyalıların demək olar ki, yarısı bank şöbələrində xidmət olunmağa vərdiş edib və konsultan məsləhəti, kassir və ya digər əməkdaşlar olmadan keçinə bilmirlər. Sorğu olunan hər səkkiz nəfərdən yalnız biri  bütün maliyyə əməliyyatlarını onlayna keçirməyə razı ola biləcəyini söyləyib.

İnsanlar heç bir filialı olmayan startaplara öz maliyyə vəsaitlərini etibar etmək istəmir. Sorğu olunan şəxslərin 80%-i məhz təhlükəsizlik nöqteyi-nəzərindən rəqəmsal bankların xidmətlərindən istifadə etməyəcəyini bildirib. Öz hesablarına onlayn çıxış əldə etmək üçün isə onlar çox güman ki, adi banklara üz tutacaqlar.

Araşdırmalar həmçinin göstərir ki, bank müştərilənin 52%-nin bəyənmədiyi daha bir amil isə hər hansı bir problem yarandığı halda maliyyə durumlarını konsultantla müzakirə etmək imkanının olmamasıdır.

44% müştəri isə bəyan edib ki, onlar bank filiallarına ziyarət etməyi dayandırmayacaq. Çünki artıq müəyyən xidmət səviyyəsinə öyrəşiblər.

Araşdırmalar göstərir ki, Britaniya banklarının bir çox müştəriləri yenə də bir-başa təmasa üstünlük verir. Ona görə də ənənəvi banklar, nəinki yalnız rəəqmsal xidmətlər üzərində işləməlidir, həm də eyni zamanda bank şöbələrində xidmət keyfiyyətini yüksəltməlidir. 

Ən sərfəli kredit üçün müraciət et