"Rəqəmsal avro Avropa iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edir" | Banco.az

"Rəqəmsal avro Avropa iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edir"

Müəllif:Mehin Qasımova,Banco.az

AMB-nin prezidenti Laqard Strasburqda keçirilən Avropa Parlamentinin (AP) plenar iclasında AMB-nin İllik Hesabatındakı çıxışında regionun iqtisadiyyatı və pul siyasəti ilə bağlı qiymətləndirmələr aparıb.

Banco.az xəbər verir ki, Kristin Laqard rəqəmsal avronun Avropanın iqtisadi suverenliyinin gücləndirilməsində və ödəniş sistemlərində xarici provayderlərdən asılılığın azaldılmasında strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Laqard bildirib ki, Avrozonada inflyasiya bu il hədəfdən aşağı düşüb və orta müddətli dövrdə təxminən 2 faiz səviyyəsində qalıcı olaraq sabitləşəcək:

"Biz inflyasiyanın orta müddətli dövrdə 2 faizlik hədəfimizdə davamlı olaraq sabitləşəcəyini gözləyirik".

AMB prezidenti Avropa iqtisadiyyatını gücləndirmək səylərinin bir hissəsi olaraq inflyasiyanı nəzarətdə saxlamaq üçün çalışdıqlarını bildirərək, iqtisadi dayanıqlığın və rəqabət qabiliyyətinin yalnız pul siyasətindən deyil, həm də daha geniş siyasət çərçivəsindən asılı olduğunu vurğulayıb.