Bu barədə Azərbaycanın 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib. Bildirilir ki, rəqabət mühiti ilə bağlı qanunvericilik bazasının formalaşdırılması məqsədilə Rəqabət Məcəlləsinin layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək iclaslarında müzakirəyə çıxarılacaq.