"Rəqabət Məcəlləsi Milli Məclisdə III oxunuşda müzakirəyə hazırlanır. İnanıram ki, sənəd tezliklə qəbul olunacaq".
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən "Vergilər, Şəffaflıq, İnkişaf" adlı forumunda sahibkarların həmin məcəllənin hələ də qəbul edilməməsi ilə bağlı narazılığına münasibət bildirərkən deyib.
Nazir onu da bildirib ki, iş adamlarının qaldırdıqları məsələlərin həlli yolları Vergilər Nazirliyi ilə birgə müzakirə edilib.
"Hesab edirəm ki, müasir innovativ həllər tətbiq etməklə bu problemləri aradan qaldırmaq olar. Mən burda çox danışmaq istəmirəm. Ona görə də bu məsələyə qısa toxundum. Əgər ətraflı danışsaydım, gərək 3 saat sizdən vaxt istəyim", - bildirib.
Vergilər naziri Mikayıl Cabbarov isə sahibkarların Azərbaycan məhkəmələrinin onların hüquqlarını müdafiə etməməsi ilə bağlı iddialarına münasibət bildirib və bunun doğru olmadığını deyib.
report.az