"Report": Aprelin 4-nə dolların rəsmi məzənnəsi 1,50 AZN/USD-dən aşağı enə bilər | Banco.az

"Report": Aprelin 4-nə dolların rəsmi məzənnəsi 1,50 AZN/USD-dən aşağı enə bilər

Proqnoz: Azərbaycan manatının güclənməsi prosesi davam edəcək

 Bu gün səhər saatlarında Bakı şəhərinin nağd valyuta bazarında ABŞ dollarının ən sərfəli alış-satış məzənnəsi 1,4770-1,4910 manat səviyyəsində qeydə alınıb. Dünən günorta saatlarında məzənnə 1,51-1,52 AZN/USD səviyyəsində olub. 

"Report"un analitik qrupunun müşahidələri göstərir ki, aprelin 4-ü, bazar ertəsinə dolların rəsmi məzənnəsinin bugünkü hərracda 1,50 AZN/USD səviyyəsindən aşağı düşməsi ehtimalı yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

"Bu günə olan AMB-nin rəsmi məzənnəsi 1,5238 AZN/USD-yə bərabərdir. Bu da onu deməyə əsas verir ki, Mərkəzi Bankın kənar müdaxiləsi olmasa, aprelin 4-nə rəsmi məzənnə 2%-ə yaxın azalacaq. Bundan sonra ümumən manatın daha 10% möhkəmlənəcəyi gözlənilir", - deyə analitiklər qeyd edib.

Ən sərfəli krediti almaq üçün müraciət et