Repo əməliyyatlarında rekord göstərici | Banco.az

Repo əməliyyatlarında rekord göstərici

İyulun 15-də “Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında 78,6 milyon manat məbləğində repo əməliyyatı qeydə alınıb.

BFB-yə istinadən xəbər verilir ki, bu, 2014-cü ildən bəri bir günlük əməliyyatlar üzrə rekord həddir.

Ümumilikdə, 2019-cu il yanvar-iyun ayları üzrə həyata keçirilmiş repo əməliyyatlarının ümumi məbləği isə təxminən 438 milyon manat təşkil edib.

Son 2 ildə repo əməliyyatlarında əhəmiyyətli artım müşahidə olunur. Belə ki, 2017-ci ilin I yarısında repo əməliyyatlarının ümumi məbləği 11,6 milyon manat olduğu halda, 2018-ci ilin eyni dövründə bu göstərici 466,2 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Repo predmeti kimi Maliyyə Nazirliyinin emissiya etdiyi dövlət istiqrazlarına tələb yüksək qalmaqdadır, eyni zamanda dövr ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) notları və korporativ istiqrazlar üzrə də repo əqdləri bağlanılıb. Belə ki, I yarımildə repo əməliyyatlarında dövlət istiqrazlarının payı 60,7% (265,7 milyon manat), AMB-nin notlarının payı 37,7% (165,2 milyon manat), Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının payı isə 1,6% (4,1 milyon ABŞ dolları və yaxud təxminən 7 milyon manat) təşkil edib. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et