Reklamın düzgün hədəflənməsinin 5 sirri | Banco.az

Reklamın düzgün hədəflənməsinin 5 sirri

Reklamın düzgün hədəf auditoriyasının seçilməsi zamanı verilə biləcək ən düzgün məsləhət “hə şeyi testdən keçirmək”dir.

Öz hədəf auditoriyanızın hər biri üçün bir neçə reklam elanı hazırlayın, sloqanları və şəkilləri fərqli qaydada kombinasiya edin, formatları və qiymətləri dəyişin. Yalnız testdən keçirməklə müəyyən reklam kampaniyası zamanı hər bir seqment üçün optimal elan növü seçmək mümkün olacaq.

Amma yenə də bəzi tövsiyələr vardır ki, sizə vaxta və reklam büdcəsinə qənaət etmək imkanı verəcək.

1. Hədəf auditoriyasının optimal ölçüsü – 7000 – 50 000 insan arasında dəyişir.

2. «Məkan»
Birinci onu deyək ki, heç də bütün istifadəçilər profillərində yaşadığı şəhəri qeyd etmir və ya düzgün qeyd etmirlər. Məsələn Bakıda olduğu, yaşadığı şəhər kimi FB-da Barselonanı qeyd edənlərin sayı kifayət qədər çoxdur.

Əgər sizin məhsulunun təşviqində məkana (hər hansı bir əraziyə) bağlılıq yoxdursa, onda bu punkta diqqət yetirməyin.

Daha bir məqam odur ki, iri şəhərləri target siyahısından istisna edəndə onda tövsiyə olunan qiymət 20-30% daha aşağı olur. Beləliklə Bakıda çox tanınırsınızsa, onu reklam siyahınızdan çıxa bilərsiniz.

3. «Connetions»
Bu punktda siz, sizin reklamı görməyə ehtiyacı olmayan insanları reklam auditoriyasından xaric edə bilərsiniz. İlk növbədə, ora sizin səhifənin  abunələrini daxil edin. Bunu ən azı büdcəyə qənaət naminə etmək lazımdır. Həm də ona görə ki, istifadəçilər reklamdan bezməsin.

Ən sərfəli kredit üçün müraciət et

4. «Qurğular», «Əməliyyat sistemləri» və «İnternet Brauzerlər»
Bu quraşdırmalar o zaman əlverişlidir ki, siz mobil telefon aksessuaları və ya brauzlerlər üçün hər hansı bir tətbiqlər satmış olasınız.

Belə bir fikir hökm sürür ki, bu quraşdırmalar vasitəsi ilə ödəniş qabiliyyəti daha yüksək olan auditoriyaları seçmək mümkündür. Məsələn siz auditoriyanızı iPhone və Mac OS sahibləri kimi seçirsiniz. Amma buna ciddi inanırsınızmı? Bu tip avadanlıqları kreditə və ya taksitlə alan o qədər insan var ki...

5. Təbii seçim
Hədəf auditoriyanızın hər seqmentinə uyğun bir neçə reklam kreativi yaratdıqdan və onlaırn hər biri moderasiyadan keçdikdən sonra, artıq testə başlaya bilərsiniz.

Hər bir reklam üçün kiçik məbləğdə limitlər müəyyən edin və onları işə salın. Eyni anda işə salanda bəzilərinin daha sürətlə işlədiyini, digərlərinin nisbətən ləngidiyini görəcəksiniz. Onları eyni anda deyil, növbə ilə də işə salmaq olar.

Alınan nəticəni təhlil edin və yüksək CTR toplamış elanlara baxın. 0,2%-dən çox olarsa pis sayılmaz, 1% olarsa əladır. Bəzən olur ki, yüksək CTR sadəcə açıq-saçıq bir şəkilə verilən reaksiyadır. Əgər CTR yüksək, konversiya isə aşağıdırsa və sıfıra doğru yaxınlaşırsa, bu isə o deməkdir ki, siz “kreativi çox qabartmısınınız”.

Cəlbedici, parlaq, yaddaqalan, lakin məhsulun keyfiyyətini həqiqətə uyğun əks etdirən reklam yaradın.

Ən sərfəli krediti almaq üçün müraciət et