Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin noyabr ayının 1-nə Azərbaycanda bankomatların sayı 3 516 ədəd təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Ümumi bankomatların 1 894-ü Bakının, 1 622-si regionların payına düşüb. Son 1 ayda Bakıda bankomatların sayı 15 ədəd artıb.
İllik müqayisədə ümumi bankomatların sayı 263 ədəd, Bakı şəhəri üzrə 153 ədəd, regionlarda isə 110 ədəd artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
