Regionlar üzrə kredit mütəxəssisi | Banco.az

Regionlar üzrə kredit mütəxəssisi

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının Gəncə, Ağcabədi - İmişli, Cəlilabad -  Masallı, Ağdaş - İsmayıllı şəhərlərində yerləşən filialları üçün  PROBLEMLİ KREDİTLƏR ÜZRƏ MÜTƏXƏSSİS vəzifəsinə işçilərin axtarışını elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 155,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Bu vəzifənin əsas məqsədi icraatına verilmiş problemli müştərilərlə kreditin ödənilməsi istiqamətində məhkəməyə qədər işin aparılması, gecikdirilmiş və ödənilməyən borcların geri ödənilməsinin təmin olunmasının təşkil edilməsi.

Əsas vəzifə və öhdəlikləri:

  • Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Öz bacarıqları daxilində Hüquq Departamentinin Meneceri tərəfindən qoyulmuş hədəflərə çatmaq,    
  • Təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi;
  • Məhkəmyə qədər borcların qaytarılması istiqamətində qanunauyğun təsir tədbirlərindən istifadə etmək;
  • Hüquq Departamentinin Meneceri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Ali təhsil (hüquqi ali təhsili olanlar arzuolunandır);
  • Borcların yığılması, problemli müştərilərlə işləmək sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Mülki, mülki-prosessual, icra, ipoteka və bank qanunvericiliyi haqqında anlayışı olmalı;
  • Azərbaycan dilində səlis danışmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
  • Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
  • Təşkilat və onun missiyasına yüksək sadiqlik;
  • Əla şəxsi keyfiyyətlər;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Görülən işlər barədə müvafiq hesabat hazırlamaq.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 09 mart  2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№148/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs