“Regional” BOKT ilk dəfə istiqraz buraxır | Banco.az

“Regional” BOKT ilk dəfə istiqraz buraxır

“Regional” MMC bank olmayan kredit təşkilatı (BOKT) ilk dəfə istiqraz buraxmağa hazırlaşır.

Söhbət hər birinin nominal dəyəri 500 manat olacaq 840 ədəd istiqrazdan (420 min manatlıq) gedir.

Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək. Onları fiziki şəxslərin əldə edəcəyi gözlənilir.

İstiqrazlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 15% təşkil edəcək. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram