Real sektorun kreditləşməsi ilə bağlı təkliflər paketi hazırlanır | Banco.az

Real sektorun kreditləşməsi ilə bağlı təkliflər paketi hazırlanır

Bu gün Mərkəzi Bankda Prezidentin verdiyi tapşırığa müvafiq olaraq real sektorun kreditləşməsi istiqamətində xüsusi tədbir və təkliflər üzərində işlər həyata keçirilir.

Banco.az-ın Gün.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev məlumat verib.

“Mərkəzi Bankın geniş toplantısında bu məsələr ətraflı müzakirə olunub. Bir sıra təkliflər dinlənilib, həmin təkliflərin formalaşması və əgər qanunvericilik dəyişikliklərinə ehtiyac olarsa, bu dəyişikliklərin də edilmsi istiqamətində müəyyən təkliflər paketi hazırlanıb hökumətə təqdim olunacaq”.

O, bildirib ki, bu tapşırıq Mərkəzi Bank üçün prioritetdir və 2014-cü ildə bank sektoru qarşısında qoyulmuş ən mühüm vəzifələrdəndir. O qeyd edib ki, bu istqamətdə mütləq müvafiq tədbirlər görüləcək və nəticəsi də olacaq.

Ən sərfəli kredit üçün müraciət et