Regionlarda otellərin qiyməti - Araşdırma | Banco.az

Regionlarda otellərin qiyməti - Araşdırma

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Martdan ayından etibarən davam edən karantin rejimi xarici turizm ilə yanaşı daxili turizmə də təsirsiz ötüşmədi. Rayonlara gediş-gəlişin qadağan olunması digər tərəfdən bu işlə məşğul olanların işsiz qalması ilə nəticələndi. Eyni zamanda səyahət planları quranların dincəlmək planlarını al-üst etdi.

Nəhayət ki, sentyabrın 8-dən bu qadağanın ləğv olunması daxili turizmin nisbətən canlanmasına zəmin yaratdı. Baxmayaraq ki, yayın bitməsinə sayılı günlər qalıb, insanlar bu son günləri maksimum şəkildə dəyənləndirməyə çalışırlar. Hər yay istirahət üçün təbiət qoynuna üz tutanlar 6 ay davam edən qadağadan sonra yenidən rayonlara yollanırlar. 

Banco.az sizin üçün faydalı olacağını düşünərək rayonlarda olan otellərin qiymətlərini araşdırıb təqdim edir. Qeyd olunan qiymətlər 1 gecəlik 2 nəfərlik standart otaqların qiymətləridir. Qiymətlər səhər yeməyi, spa, hovuz, otağın eyvanlı və ya eyvansız olmasından asılı olaraq dəyişir. Uzun müddətdən sonra fəaliyyətlərini yenidən bərpa edən otellərdə, eyni zamanda, kampaniyalar da mövcuddur. Otellərlə daha ətraflı cədvəldən tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et