- Ləyaqətli ömür sürün ki, qocalıqda xatırlayacaq hadisələr çox olsun.
- Sevgi atmosferi bizim həyatımızın təməlidir.
- Mübahisələrdə yalnız indiki zamandan danışın, keçmişi xatırlamayın.
- Öz biliklərinizi paylaşın, bu ölümsüzlük qazanmağın yeganə üsuludur.
- Yer kürəsi ilə nəzakətli davranın. Onu sevin.
- İl dəfə bir dəfə əvvəllər heç vaxt olmadığınız yerə yollanın.
- Nəzərə alın ki, böyük sevgi və böyük müvəffəqiyyət böyük risklər doğurur.
- Məğlub olanda siz topladığınız təcrübəni itirmirsiniz.
- Üç əbədi qaydaya riayət edin:
- - Özünə hörmət et.
- – Digərlərinə hörmət qoy.
- –Öz hərəkətlərinin nəticələrinə görə məsuliyyətdən qaçma.
- Yadda saxlayın ki, sizin istədikləriniz şeylər, heç də həmişə sizə lazım olan şeylər deyil.
- Qaydaları ona görə öyrənin ki, onları düzgün şəkildə necə pozmağı biləsiniz.
- Balaca mübahisənin böyük bir dostluğu pozmasına izn verməyin.
- Əgər səhv etmisinizsə, onu düzəltmək üçün dərhal nəsə edin.
- Bəzən təkliyə çəkilib, özün-özünə qulaq asmaq lazımdır.
- Özünüzü azad hiss edin, amma sərhədləri pozmayın.
- Yadda saxlayın ki, bəzən susmaq ən yaxşı cavabdır.
- Yadda saxlayın ki , ən yaxşı münasibətlərdə, hər bir yar, harada və kimlə olmasından asılı olmayaraq, həmişə sisi xatırlayır.
- Bəzən istədiyinizi əldən etməkdən ötrü ondan imtina etmək lazım gəlir.
Könül Soltanova [email protected]