Ölkənin ilk bot sisteminin tətbiqini reallaşdıran Rabitəbank, yeni funksiyaları ilə, istifadəçi sayını durmadan artırmağa davam edir!
Botun yeni “məbləği böl” funksiyası ilə, istənilən ödənişinizi, 10 şəxs arasında bölüb, məbləği yenidən kart hesabınıza əlavə edə bilirsiniz. Həmçinin, bot vasitəsi ilə kartdan karta köçürmələr, kreditin ödənilməsi, pul istə, kalkulyator və digər mütəmadi işlənilən funksiyalar mövcüddur.
Qeyd edək ki, Rabitəbot 2018-ci ildən etibarən, telegram və facebook messengeri üzərindən vətəndaşlara xidmət göstərir. Rabitəbot bir ay ərzində istifadə sayını telegram üzərindən 15.1 %, facebook messenger üzərindən 104.6% - ə dək qaldırmışdır. Ümumilikdə isə, Bot istifadəçilərinin sayı 55,7 % artıb!
Botdan istifadə haqqında təlimatla aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz:
Messenger: https://www.youtube.com/watch?v=2UWQYLZVnG4
Telegram: https://www.youtube.com/watch?v=eVbOM2LINd0
Rabitəbank ölkənin ən iri banklarından biri kimi 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.