“Rabitəbank”ın xalis mənfəətində sıçrayış | Banco.az

“Rabitəbank”ın xalis mənfəətində sıçrayış

“Rabitəbank” ASC 2019-cu ilin 1-ci yarısını 4 milyon 835 min manat vergidən əvvəl mənfəət ilə başa vurub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə Bankın vergidən əvvəl mənfəəti 15,5 dəfə artıb. “Rabitəbank” 2018-ci ilin 1-ci yarısını 311 min manat vergidən əvvəl mənfəət ilə bağlamışdı. Mənfəətin artmasının səbəbləri gəlirlərin artması və ehtiyata ayırmanın azalmasıdır. 

 

GƏLİRLƏRİ ARTIB

Ötən ilin ilk 6 ayında faiz gəlirləri 17 milyon 483 min manat ikən, cari ilin ilk 6 ayında 18 milyon 256 min manat təşkil edib (4,4% çox).  “Rabitəbank”ın qeyri-faiz gəlirləri isə 4,9% artımla 4 milyon 682 min manat təşkil edib.

 

ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB

2019-cu ilin yanvar-iyun dövründə “Rabitəbank” 22 milyon 938 min manat cəmi gəlirləri əldə etmək üçün 18 milyon 10 min manat xərc çəkib. Nəticədə Bankın 4 milyon 928 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 94 min manatı ehtiyata ayrılıb və nəticədə Bankın 4 milyon 835 min manat vergidən  əvvəl mənfəəti qalıb.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin yanvar-iyun dövründə “Rabitəbank” 21 milyon 946 min manat cəmi gəliriəldə etmək üçün 17 milyon 955 min manat xərc çəkmiş və 3 milyon 991 min manat əməliyyat mənfəəti əldə etmişdi. Bankın əməliyyat mənfəətinin 3 milyon 678 min manatını ehtiyata ayırdığından həmin dövrü 311 min manat xalis mənfəət ilə bağlamışdı.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

Ötən ilin 1-ci yarısının sonu ilə müqayisədə “Rabitəbank”ın müştərilərə verdiyi cəmi kreditlər 83 milyon 158 min manat və ya 31,6% artaraq 30 İyun 2019-cu il tarixində 346 milyon 502 min manata çatıb. Ötən 12 ay ərzində Bankın aktivləri isə 101 milyon 88 min manat və ya 14,2% azalaraq 611 milyon 404 min manata düşüb. Aktivlərin azalmasının səbəbi likvid aktivlərin azalmasıdır. Öhdəliklərdə yer alan müştərilərin cari hesablarındakı vəsaitlərin 98 milyon 348 min manat və ya 31,2% azalaraq 216 milyon 457 min manata düşməsilə əlaqədar olaraq likvid aktivlər də azalıb.

30 İyun 2019-cu il tarixində “Rabitəbank” 107 milyon 811 min manat məcmu kapitala malik olub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et