“Rabitəbank”da kadr dəyişikliyi baş verib.
Banco.az “APA-Economics”ə istinadən xəbər verir ki, bankın İdarə Heyətinin sədr müavini Fərhad Hacınski vəzifəsindən uzaqlaşıb.
F. Hacınski bundan əvvəl "Caspian İnternational İnvestment Company" şirkətində, habelə "KredoAqro" bank olmayan kredit təşkilatında Müşahidə Şurasının üzvü vəzifələrində çalışıb.