Rabitəbankdan fermerlərə özəl kredit kartı! | Banco.az

Rabitəbankdan fermerlərə özəl kredit kartı!

Müştərilərinin daim rahatlığı üçün çalışan Rabitəbank AKIA ilə birgə aqrar sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin nağdsız əməliyyatlara təşviqi məqsədilə Fermerkart kredit kartını təqdim edir. Belə ki, bu kart fermerlərin cari xərclərini həyata keçirmək üçün 60 günədək güzəştli kredit xətti təklif edir.

Kartın özəllikləri aşağıdakılardır:

  • Kreditin məbləği: 15 000 AZN-dək
  • Kredit xəttinin müddəti:  24 ay
  • Faizsiz ödəmə imkanı:  60 gün
  • Kartı ödənişsizdir
  • İllik faiz dərəcəsi:
  • Güzəşt müddəti ərzində - 0%
  • Güzəşt müddəti bitdikdən sonra, növbəti gündən başlayaraq - 26% 

Qeyd edək ki, TapAgro aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala olan tələbatını qarşılayan, istehsalçıların istehsal etdiyi kənd təsərrüfatı məhsullarına dair məlumatları əks etdirən və elektron ticarət imkanlarına malik olan platformadır. Platforma vasitəsilə təsərrüfat üçün lazım olan bütün istehsal vasitələrini vahid mənbədən əldə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Fermerkart-ı onlayn sifarişlə ödənişsiz qaydada əldə edin: https://rbt.az/fermerk

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et