Rabitəbankdan AG Bankla birləşmə xəbəri ilə bağlı açıqlama | Banco.az

Rabitəbankdan AG Bankla birləşmə xəbəri ilə bağlı açıqlama

“Rabitəbank” ASC rəqibi “AGBank” ASC-ni alacağı barədə mətbuatda verilən məlumatları təkzib edir.

Bankın İdarə Heyəti Sədrinin müavini Fərhad Hacınski  bildirib ki, kütləvi informasiya vasitələrində (KİV) yayılan məlumatlar reallığı əks etdirmir və tamamilə yalandır, bu bar\d\ Banco.az postalı Marja.az istinadən məlumat verir:

“Biz özümüz də bilmirik ki, bu şayəni kim yayır. Mən rəsmi şəkildə bəyan edirəm ki, hazırda “Rabitəbank” ASC tərəfindən “AGBank”ın alınması və ya birləşməsi üzrə danışıqlar aparılmır. Bankımız  nəyinki “AGBank” ilə, hər hansı başqa bir bank ilə maraqlanmır, belə bir mövzu bizim üçün gündəmdə deyil”.

AGBANK DA TƏKZİB ETDİ

AGBank da, bu gün mətbuatda 11 avqust 2015-ci il tarixində AGBank ASC-nin Rabitə Bank tərəfindən alınması haqqında yayılmış xəbərlərə aydınlıq gətirib.

Ən sərfəli kredit üçün müraciət et

AGBank-ın İdarə Heyəti Sədrinin müavini Əfqan Cəlilov “Marja”ya bildirib ki, adı çəkilən bankın əsas səhmdarları olaraq Beynəlxalq Maliyyə Korporasiyası, Kazimir Investment Limited və fiziki şəhslər Çingiz Əsədullayev, Yusifov Fərzulla olduğu kimi qalırlar:

“Mövcud səhmdarların hər hansı bir satış planları yoxdur. Bankın başqa bir qurum tərəfindən alınması haqqında verilən məlumat heç bir mənbəyə əsaslanmayan şayiədir”.

Qeyd edək ki, mətbuat  "Rabitəbank" ASC-nin "AGBank" ASC-ni almağa hazırlaşdığını yazıb

"Rabitəbank"dakı mənbələrə istinadən verilən xəbərlərdə, hazırda iki bankın aktivlərinin konsolidasiyası ilə bağlı təşkilatların səhmdarları arasında danışıqlar prosesinin getdiyi qeyd edilib.

Məlumata görə, bu prosesdə "Rabitəbank"ın investor qismində çıxış edəcəyi və konsolidasiyanın məhz onun brendi altında həyata keçiriləcəyi gözlənilir. Danışıqların və "AGBank"ın alınması prosesinin bu ilin sonuna qədər yekunlaşacağı ehtimal olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et