“Rabitəbank”da kadr dəyişikliyi olub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Rabitəbank”da kadr dəyişikliyi olub

“Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinə müşavir təyin edilib. Bu vəsifəyə Eldar Ağayev gətirilib.

O, indiyə qədər Bankın baş direktorlarından biri olub.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Mənbə: Report.az