Rabitəbank Ramazan bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib | Banco.az

Rabitəbank Ramazan bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib

Rabitəbank korporativ sosial məsuliyyət sahəsindəki sadiqliyini bir daha nümayiş etdirərək  Ramazan bayramı ərəfəsində şəhid ailələrinin yanında olub. Bankın təşkilatçılığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi və yerli icra hakimiyyəti orqanlarının təşkilati dəstəyi ilə  Kürdəmir, Şamaxı və Ağsu rayonları üzrə 100-dək şəhid ailəsi ziyarət edilərək, onlara Ramazan payları təqdim edilib.

Ziyarət zamanı bank nümayəndələri, şəhid ailələrini bayram münasibətilə təbrik edərək, qəhrəman şəhidlərimizin əziz xatirələrini ehtiramla yad edib, onların ailələrinə hər zaman dəstək olacaqlarını bir daha vurğulayıblar. Şəhid ailələrinə edilən bu dəstək, yalnız maddi yardım göstərmək deyil, həm də onlara ruh yüksəkliyi və bayramın verdiyi ümidin bir hissəsi olaraq görülüb.

Xatırladaq ki, Rabitəbank korporativ sosial məsuliyyəti çərçivəsində şəhid ailələri və qazilərə hər zaman həssaslıqla yanaşır və Qarabağ uğrunda döyüşlərin ilk günlərindən bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 27 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.