“Rabitəbank” nizamnaməsinə dəyişiklik edəcək | Banco.az

“Rabitəbank” nizamnaməsinə dəyişiklik edəcək

Yanvarın 27-də, saat 17:00-da "Rabitəbank" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bununla bağlı qərarı Bankın Müşahidə Şurası qəbul edib. 

Yığıncaq "Rabitəbank"ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, 28 May küçəsi, 33 ünvanında baş tutacaq. 

Yığıncağın gündəliyinə “Rabitəbank”ın 2017-ci il üçün maliyyə planının təsdiqi, Bankın nizamnaməsinə əlavə və dəyişikliyin edilməsi, eləcə də cari məsələlər daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə 12 hüquqi şəxsə məxsusdur.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et