"Rabitəbank"-ın nizamnamə kapitalı səhmdarların hesabına artırılacaq | Banco.az

"Rabitəbank"-ın nizamnamə kapitalı səhmdarların hesabına artırılacaq

"Rabitəbank" ASC nizamnamə kapitalını təxminən 12,5 mln. manat artıracaq.

“APA-Economics”in məlumatına görə, bunu "Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev bildirib. Onun sözlərinə görə, nizamnamə kapitalı səhmdarların hesabına artırılacaq. Z.Nuriyev bildirib ki, hazırda bankın nizamnamə kapitalı 88,5 mln. manat təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

 

"Artımdan sonra bankın nizamnamə kapitalı 101 milyon manatdan çox olacaq", - deyə Z.Nuriyev vurğulayıb.

 

"Rabitəbank"ın rəhbəri əlavə edib ki, bank 2018-2019-ci illərdə rebrendiqə gedəcək.  

Ən sərfəli krediti almaq üçün müraciət et