Rabitəbank cari ilin Sentyabr ayına olan maliyyə nəticələrini açıqlayıb. Banco.az saytı Bankın maliyyə hesabalarına istinadən aşağıdakı məlumatı diqqətinizə çatdırır.
Ötən 9 ay ərzində bankın mənfəətində əhəmiyyətli dərəcədə artım müşahidə olunub, ötən ilin sentyabr ayı ilə müqayisədə bankın mənfəəti 81% artıb və hazırda 3 249 min manat təşkil edir.
Bankın kredit (191 015 min manat) və müddətli müştəri depozitlərində (137 947min manat) də artım müşahidə olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə kredit portfeli 26%, müştəri depozitləri isə 24% artıb.
Lakin Bankın aktivləri ötən illə müqayisədə azalıb. Azalma 0,8 təşkil edib. Hazırda bank aktivlərinin həcmi 260 452 min manatdır.
Bankın məcmu kapitalının həcmi isə hazırda 55 234 min manatdır ki, bu da ötən ildən cəmi 6,5% çoxdur. Carı göstərici ilə Rabitəbank Mərkəzi bankın fəaliyyətdə olan bankların məcmu kapitalın həcmi ilə bağlı tələbini yerinə yetirmiş hesab olunur.
Daha ətraflı şəkildə cədvəl və diaqramlarda izləyə bilərsiniz.