Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin aparıcı banklarından olan Rabitəbank 2024-cü ilin 9 ayında (yanvar-sentyabr) 19 milyon 183 min manat xalis mənfəət əldə edib.
Banco.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə bankın aktivləri 12% artaraq cari ilin 30 sentyabr tarixinə 1 milyard 129 milyon manata çatıb.
Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi 2023-cü ilin sonu ilə müqayisədə 92 milyon 716 min manat (12,9%) artaraq 813 milyon 875 min manata yüksəlib.
Bu dövrdə bankın depozit portfeli isə 689 milyon 731 min manat olub.