Müştərilərinə innovativ bankçılıq həlləri təqdim edən Rabitəbank, Rabita Mobile tətbiqi üzərindən istifadəyə verdiyi Rabita Invest xidməti ilə investisiya prosesini daha rahat və əlçatan edib
ABŞ birjalarında yer alan Tesla, Microsoft, Nvidia, Apple və digər minlərlə beynəlxalq şirkətin səhmlərini, eyni zamanda ETF-ləri həm tam, həm də hissəvi şəkildə almaq mümkündür. Hətta səhm bir hissəsinə yatırım imkanından yararlana bilirlər. Xidmət investisiyaya yeni başlayanlar üçün sadə interfeys, təcrübəli investorlar üçün isə çevik və funksional alətlər təqdim edir.
Platformanın əsas üstünlükləri arasında sürətli mədaxil və məxaric, məsafədən hesab açmaq imkanı, səhm müəyyən edilmiş qiymətə çatdıqda avtomatik əməliyyat funksiyası və investisiyaların rahat idarə olunması yer alır. Bütün bu imkanlar investisiyanı gündəlik həyatın ayrılmaz hissəsinə çevirir.
İnvestisiyaya başlamaq üçün nə filiala getməyə, nə də uzun sənədləşmə proseslərindən keçməyə ehtiyac yoxdur. Rabita Invest ilə əlavə qazanc imkanı artıq müştərilərin cibindədir. Rabita Mobile tətbiqində “İnvestisiya” bölməsinə daxil olaraq bir neçə addımda investisiya etməyə başlamaq mümkündür. Sadə interfeys sayəsində portfelinizi izləmək, şirkətlər haqqında məlumat əldə etmək, dividendləri nəzarətdə saxlamaq və bazar dəyişikliklərini anında görmək indi daha rahatdır.
Rabita Invest çərçivəsində təqdim olunan investisiya xidmətləri Capital Partners İnvestisiya Şirkəti QSC tərəfindən icra edilir.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
