Rabitə Bank Bakı və region filiallarına kredit meneceri axtarır! | Banco.az

Rabitə Bank Bakı və region filiallarına kredit meneceri axtarır!

Kredit Meneceri/Biznes/ Bakı və region filialları

Əsas vəzifələr :

  • Filialın kredit portfelinin keyfiyyətinin təhlili 
  • Filialın maliyyə analizinin aparılması
  • Kredit mütəxəssislərinin tərəfindən  aparılan biznes təhlillərinin yoxlanılması
  • Kredit portfelinin idarə olunması və nəzarət
  • Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması
  • Müştərilərin ödəniş qabiliyyətinin təhlili
  • Borc ödənişlərinin vaxtında icrasına nəzarət 
  • Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin  təşkili və  nəzarət 
  • Problemli kreditlərlə işin təşkili və koordinasiyası
  • Filialın xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması və müştərilərin cəlb olunması, onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin  verilməsi

Əsas tələblər:

  • İqtisadiyyat, riyaziyyat və ya idarəetmə sahəsi üzrə ali ixtisas təhsili 
  • Maliyyə-kredit sahəsində an azı 2 (iki) il iş təcrübəsi 
  • İdarəetmə təcrübəsi 
  • Hüquq və idarəetmə məsələlərinə, maliyyə xidmətlərinə dair məlumatlı olmaq 
  • Filialın yerləşdiyi ərazidə kiçik və orta biznesin konyukturası ilə yaxından tanış olmaq
  • İqtisadi və biznes təhlilləri aparmaq, riskləri qabaqcadan görmək, onları idarə etməyi bacarmaq
  • Azərbaycan dilini sərbəst ünsiyyət qurma bacarığı.(Rus dili bilikləri arzuolunandır)
  • Ünsiyyət qurma, liderlik, inandırma bacarıqları
  • Microsoft Office proqramlarında işləmə bacarığı

İş  şərtləri :

Ən sərfəli kredit üçün müraciət et

  • İş təcrübəsinə uyğun yüksək əmək haqqı
  • Fərdi və cəmi  kredit portfelinə görə bonus sistemi
  • Təlim və inkişaf imkanları

Maraqlanan şəxslərdən CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə career@rabitabank.com -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasınıdolduraraq müraciət etmələri xahiş olunur.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et