Qurban bayramında xeyriyyə kampaniyası | Banco.az

Qurban bayramında xeyriyyə kampaniyası

189 TAXI xidməti qarşıdan gələn Qurban Bayramı ilə əlaqədar daha bir korporativ sosial məsuliyyət kampaniyası keçirəcək.

Uşaq evlərinin sakinlərinə bayram sovqatı çatdırmaq məqsədi ilə şirkət cari ilin 10-11 Sentyabr tarixlərində hər taksi sifarişi məbləğinin müəyyən bir hissəsini xeyriyyə məqsədinə ayıracaq.

Qurban Bayramı günü (12 Sentyabr) toplanmış bütün məbləğə bayram sovqatı alınacaq və şirkətin əməkdaşlarından ibarət nümayəndə heyəti uşaq evlərinə baş çəkərək, onların sakinlərini təbrik edəcəklər.

189 TAXI xidməti paytaxt sakinlərini bu xeyriyyə kampaniyasına qoşulmağa çağırır və bildirir ki, əlavə olaraq 50 könüllü şəxs şirkətin nümayəndə heyətinə qoşula bilər

Ən sərfəli kredit üçün müraciət et

Tədbirə qoşulmaq üçün qeydiyyatdan keçin:

https://goo.gl/forms/cwg4oOT3JiyqTqkD3

Fürsətdən istifadə edərək taksi xidmətimiz adından bütün müsəlman xalqını Qurban Bayramı münasibətilə təbrik edir, kəsdiyiniz qurbanların, etdiyiniz duaların qəbul olmasını diləyirik!

Ən sərfəli krediti almaq üçün müraciət et